Son dəqiqə

ABŞ kəşfiyyatından şok iddia: Çin gizli nüvə sınağı keçirib Çindən yeni nəsil nüvə silahı həmləsi: Vaşinqton həyəcan təbili çalır Lobnor poliqonunda sirli partlayış: Nüvə sınağı şübhəsi ABŞ və Çin arasında nüvə gərginliyi: İttihamlara Pekindən sərt cavab Tayvan böhranı və nüvə silahı: Çinin gizli planı üzə çıxdı? Dünyada yeni nüvə yarışı: ABŞ sınaqlara qayıda bilər

ABŞ kəşfiyyatı Çini gizli nüvə sınaqları keçirməkdə ittiham edir

Bakı, TurkicWorld, Orxan Qədirzadə

ABŞ kəşfiyyat xidmətləri Çinin yeni nəsil nüvə silahları hazırladığını və son illərdə ən azı bir gizli sınaq keçirdiyini ehtimal edir.

TurkicWorld xəbər verir ki, Vaşinqton rəsmiləri Pekinin bölünən başlıqlı raketlər və kiçik güclü taktik nüvə silahları üzərində işlədiyini iddia edir. CNN-in kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, bu cür silahların Tayvan ətrafında baş verə biləcək mümkün münaqişə zamanı istifadəsi nəzərdə tutula bilər.

Mənbələr 2020-ci ildə Lobnor bölgəsində baş verən hadisələrin təhlilinə əsaslanaraq, Çinin nüvə partlayışı sınağı keçirdiyi qənaətinə gəliblər. Bildirilir ki, Çinin əlində olan tamamilə yeni nəsil silahların praktiki tətbiqi barədə kifayət qədər məlumat bazası olmadığı üçün bu cür sınaqlara ehtiyac yaranıb. Dövlət Departamenti isə 2020-ci ilin iyununda qeydə alınan 2,76 ballıq seysmik aktivliyin sənaye partlayışı və ya zəlzələyə bənzəmədiyini vurğulayıb.

Çinin ABŞ-dakı səfirliyinin nümayəndəsi Lyu Penyu bu ittihamları qəti şəkildə rədd edib. O, ABŞ-ın bu bəyanatlarını "nüvə hegemonluğuna nail olmaq və öz tərksilah öhdəliklərindən qaçmaq üçün siyasi manipulyasiya" adlandırıb. Çin tərəfi nüvə silahından ilk istifadə etməmə siyasətinə sadiq qaldığını və sınaqlara tətbiq olunan moratoriuma əməl etdiyini bildirib. Hazırda bu gərginlik fonunda ABŞ, Rusiya və Çin ilə "bərabər əsaslarla" nüvə sınaqlarına qayıda biləcəyi ilə hədələyir.