Son dəqiqə

Somaliland: İsrail askeri üs kurma seçeneği masada İsrail’in Somaliland’da askeri üs planı gündemde Somaliland İsrail’in askeri varlığını değerlendirdi İsrail-Somaliland güvenlik iş birliği tartışılıyor Somaliland’dan İsrail açıklaması: Askeri üs ihtimali Somaliland İsrailin hərbi baza qurma ehtimalını təsdiqlədi İsrail Somalilandda hərbi baza planını müzakirə edir Somalilanddan İsrail açıqlaması: Hərbi baza masadadır İsrail-Somaliland təhlükəsizlik əməkdaşlığı gündəmdə Somaliland: İsrailin hərbi mövcudluğu istisna edilmir

Somaliland İsrailin hərbi baza planını təsdiqləyib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Somalidən birtərəfli şəkildə ayrılaraq müstəqilliyini elan etmiş Somaliland rəhbərliyi İsrailin bölgədə hərbi baza yaratmaq ehtimalının müzakirə mövzusu olduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki,Somaliland nümayəndəsi Deka Qasım İsrailin Kanal 12 televiziyasına müsahibəsində bildirib ki, Təl-Əvivin Somalilandı tanımasından sonra təhlükəsizlik əməkdaşlığı çərçivəsində hərbi baza məsələsi “masadadır”.

Qasım qeyd edib ki, mümkün hərbi bazanın yaradılması tərəflər arasında qarşılıqlı səfirliklərin açılmasından sonra imzalanacaq sazişlərin məzmunundan asılı olacaq. Onun sözlərinə görə, İsraillə nəzərdə tutulan təhlükəsizlik əməkdaşlığı terrorla mübarizə və dəniz təhlükəsizliyi sahələrini də əhatə edə bilər.

İsrailin Somalilandı tanıyan yeganə ölkə olduğunu xatırladan Qasım, bu prosesin regionda təhlükəsizlik balansına təsir göstərə biləcəyini vurğulayıb.

Qeyd edək ki, Somali prezidenti Həsən Şeyx Mahmud, İsrailin Somalilandı tanımasından sonra Təl-Əvivin Qəzzadakı fələstinliləri bu bölgəyə köçürməyi və burada hərbi baza qurmağı planlaşdırdığını iddia etmişdi.

Bununla belə, Somaliland açıqlama yayaraq bu iddiaları rədd etmiş, İsrailin bölgədə hərbi baza yaratmayacağını bildirmişdi. Son açıqlama isə məsələ ilə bağlı mövqelərin yenidən nəzərdən keçirildiyini göstərir.