Son dəqiqə

Misir Livan–İsrail gərginliyi fonunda diplomatik təmaslarını davam etdirir Livan–İsrail xəttində vəziyyət müzakirə olunur Misirin Baş naziri Beyrutda regional gərginliklə bağlı açıqlama verdi Livan–İsrail sərhədində gərginlik: Misirin mövqeyi nədir? Beyrutda regional təhlükəsizlik müzakirələri Livan–İsrail prosesləri diplomatik gündəmdə

Misirin Baş naziri Livana səfər edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Misir Livan və İsrail arasında yaranmış gərginlik fonunda eskalasiyanın qarşısının alınması məqsədilə diplomatik fəaliyyətini davam etdirir.

TurkicWorld xəbər verir ki, Misirin Baş naziri Mustafa Mədəbuli Beyruta səfəri zamanı bu mövzuda açıqlama verib.

Mədəbuli Livanın Baş naziri Nəvvaf Salam ilə birgə mətbuat açıqlamasında bildirib ki, Misir Livan–İsrail xəttində vəziyyətin daha da gərginləşməməsi üçün səylər göstərir. Onun sözlərinə görə, Qahirə regional prosesləri yaxından izləyir və tərəflərlə təmaslarını davam etdirir.

Səfər çərçivəsində tərəflər ikitərəfli münasibətlər, həmçinin regionda mövcud təhlükəsizlik və siyasi vəziyyəti müzakirə ediblər. Mədəbuli’nin Beyruta səfəri Misirin xarici işlər naziri və kəşfiyyat rəhbərinin Livana əvvəlki səfərlərindən sonra baş tutub.

Bu fonda ABŞ-nin vasitəçiliyi ilə İsrail və “Hizbullah” arasında ötən il əldə olunmuş atəşkəsin icrasına nəzarət edən mexanizmin növbəti iclası keçirilib. Livan–İsrail sərhədi yaxınlığında baş tutan görüşdə təhlükəsizlik koordinasiyası və mövcud mexanizmin fəaliyyəti müzakirə olunub.

ABŞ-ın Beyrutdakı səfirliyinin yaydığı məlumata görə, iclasda iştirak edən hərbi nümayəndələr əməliyyat vəziyyəti ilə bağlı məlumat verib, mülki nümayəndələr isə mülki əhalinin geri qayıdışı, bərpa prosesləri və iqtisadi məsələlərə diqqət yönəldiblər. Bildirilib ki, təhlükəsizlik və siyasi proseslər bir-biri ilə əlaqəlidir.

Livan hökuməti isə ilin sonunadək Litani çayının cənubundakı ərazilərin “Hizbullah”ın silahlı mövcudluğundan təmizlənməsini planlaşdırdığını açıqlayıb.