Son dəqiqə

Charlie Kirk cinayəti üzrə şübhəli ABŞ-də ilk dəfə məhkəməyə çıxarılıb ABŞ-də respublikaçı fəalın qətli: əsas şübhəli barədə ölüm hökmü tələb olunur Kirk suikastı işi: Tayler Robinson məhkəmə qarşısında Подозреваемый в убийстве Чарли Кирка впервые предстал перед судом в США В США требуют смертную казнь по делу об убийстве республиканского активиста

Çarli Kirk cinayəti üzrə şübhəli ABŞ-də ilk dəfə məhkəmə qarşısına çıxarılıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ-də respublikaçı fəal və ictimai xadim Çarli Kirkin qətlə yetirilməsi ilə bağlı əsas şübhəli, 22 yaşlı Tayler Robinson ilk dəfə məhkəmə qarşısına çıxarılıb.

TurkicWorld xəbər verir ki, Amerika mətbuatının məlumatına görə, qismən açıq keçirilən iclasda Robinson irəli sürülən ittihamları nə qəbul edib, nə də rədd edib.

Məhkəmə iclasında əsas diqqət prosesin şəffaflığına və ictimaiyyətin məhkəməyə çıxış imkanlarına yönəlib. Bildirilib ki, iş üzrə ilkin dinləmələrin 2026-cı il mayın 18-də başlaması gözlənilir.

Prokurorluq Robinson barəsində ağır qətl maddəsi üzrə ittiham irəli sürüb və ona qarşı ölüm hökmü tələb edildiyini açıqlayıb.

Çarli Kirk 2025-ci il sentyabrın 10-da Yuta Velli Universitetində keçirilən tədbir zamanı silahlı hücum nəticəsində həyatını itirmişdi. ABŞ Prezidenti Donald Trampın açıq tərəfdarlarından biri kimi tanınan Kirk gənclər arasında geniş nüfuza malik idi.

O, mühafizəkar ideyaların təşviqi məqsədilə yaratdığı “Turning Point USA” qeyri-kommersiya təşkilatı və sosial şəbəkələrdəki fəallığı ilə tanınırdı.

Hadisədən sonra Tayler Robinson ailə üzvlərinin verdiyi məlumat əsasında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda o, istintaq təcridxanasında saxlanılır.