Türkiyə Ermənistan Milli Təhlükəsizlik Xidməti Ağrı dağı Armenia Zvartnots İrəvan Beynəlxalq Hava Limanı Ermənistan Nazirlər Kabineti ermənilərin əsassız böyük ermənistan xülyası ermənilərin Türkiyəyə qarşı ərazi iddiaları

Ermənistan pasport möhürlərindən Ağrıdağ təsvirini çıxarıb

BAKI,TurkicWorld

Noyabrın 1-dən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri pasportlara Ağrıdağ dağ silsiləsinin təsviri olmayan yeni giriş və çıxış möhürləri vurmağa başlayıblar.

TurkicWorld-un məlumatına görə, bununla bağlı Ermənistan mətbuatında video və fotolar dərc olunub. Yeni möhürlərdə təyyarə təsviri, ingilis dilində "Zvartnots" yazısı, İrəvan Beynəlxalq Hava Limanının adı, eləcə də "Armenia" sözü həm erməni, həm də ingilis dillərində əks olunub.

Qeyd edək ki, bu qərar Ermənistan Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilib. Ağrıdağ dağı Türkiyənin şərqində, Van gölünün şimalında yerləşir.

Mövzuya görə xəbərlər