Son dəqiqə

Ermənistan Nikol Paşinyan

Paşinyan KTMT-nin Ermənistanın təhlükəsizliyinə təhdid olduğunu bildirib

Bakı, TurkicWorld

Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Ermənistanın təhlükəsizliyinə və suverenliyinə təhdid olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Paşinyan Ümumdünya Erməni Sammitində çıxışı zamanı bildirib.

"Biz KTMT-dəki üzvlüyümüzü dondurmuşuq, yalnız ona görə yox ki, KTMT Ermənistanın təhlükəsizliyini təmin etmək öhdəliklərini yerinə yetirmir, həm də ona görə ki, KTMT Ermənistanın təhlükəsizliyinə, varlığına, suverenliyinə və dövlətçiliyinə təhdid yaradır", - N.Paşinyan qeyd edib.

Paşinyan Ermənistanın KTMT ilə münasibətlərində "dönüş nöqtəsi"nin yaxın olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər