Qüvvələrimiz istənilən təhlükəyə hazırdır - Rəisi

Qüvvələrimiz istənilən təhlükəyə hazırdır - Rəisi

Bakı,TurkicWorld

Tehran silahlı qüvvələri güclüdür və istənilən təhlükə ilə mübarizə aparmağa hazırdır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi açıqlayıb.

“İsrailin bizə qarşı hər hansı addımı, sadə də olsa, güclü və qəti cavabla üzləşəcək”, - deyə o bildirib.

Qeyd edək ki, keçən həftə Dəməşqdəki İran səfirliyinin binasını hədəf alan bomba hücumunda İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandirinin öldürülməsindən sonra İran onlarla dron və raketlərdən istifadə edərək İsrailə birbaşa hücum həyata keçirib.

Bundan əlavə, İran Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, Tehran İsrailin vəhşiliklərinə cavab olaraq onların hərbi obyektlərini hədəf alıb.