İranın Parisdəki səfiri Fransa XİN-ə çağırılıb

İranın Parisdəki səfiri Fransa XİN-ə çağırılıb

Bakı. TurkicWorld:

İranın Parisdəki səfiri Əmin-Nejad Fransa XİN-ə çağırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Fransa Xarici işlər nazirliyinin açıqlamasında bildirilir.

Verilən açıqlamada nazirliyə çağırılan səfir Əmin-Nejada Fransanın aprelin 13-nə keçən gecə İranın İsrailə hava hücumunu pislədiyi bildirilib.

Açıqlamada İranın məsuliyyətsiz hücumunun heç kəsin marağında olmayacaq yanğın riski yaratdığı vurğulanıb.

İrandan Fransanın tərəfdaşı İsrailin təhlükəsizliyini və regional sabitliyi təhdid edən ciddi və görünməmiş hərəkətlərinə son qoymağa çağırıb.

Tasnem Ismukhan