İran Avropa ölkələrinin səfirlərini XİN-ə çağırıb

İran Avropa ölkələrinin səfirlərini XİN-ə çağırıb

Bakı. TurkicWorld:

İran İsrailin hücumundan sonra Böyük Britaniya, Almaniya və Fransa səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb.

TurkicWorld xəbər verir ki, səfirlərin XİN-ə çağırılma səbəbi bu ölkələrin İsrailə dəstək açıqlamaları olub.

Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dünən (şənbə) iki regional düşmən arasında böyük gərginliyə səbəb ola biləcək onlarla pilotsuz uçuş aparatı (PUA) və raketlər ataraq İsrailə hücuma başlayıb.

Tasnem Ismukhan