Fransa Kanakidə müstəmləkəçiliyi konstitusiyalaşdırmaq istəyir

Fransa Kanakidə müstəmləkəçiliyi konstitusiyalaşdırmaq istəyir

Bakı. TurkicWorld:

Martın 21-də Fəxri hüquqşünas, 2009-2018-ci illərdə Haaqada Livan üzrə Xüsusi Tribunalında Müdafiə Bürosunun sabiq direktoru Francois Roux Fransanın L’Humanité jurnaliında Fransa Parlamentarinə çağırışla müraciət edib.

TurkicWorld xəbər verir ki, hökumət Yeni Kaledoniyanın müstəmləkəçiliyini konstitusiyalaşdırmaq istəyir. Kovid epidemiyası və Kanak yas adətləri səbəbi ilə təxirə salınma tələbinə baxmayaraq, 2021-ci ilin dekabrında keçirilmiş üçüncü referendumun etibarlılığını tanımaqdan imtina edən bütün müstəqillik hərəkatının iştırakçılarını Hökumət danışıqlar masasına gətirə bilməyib.

Hökumət zorla addımlarını davam etdirərək, Fransanın Dövlət Şurasının Yeni Kaledoniyanın institusional gələcəyi və xüsusən də, müstəqilliyin əleyhinə olanların israrla tələb etdiyi seçkilərdə səs vermək hüququna malik olanların sayının artırılması ilə bağlı rəyini istəyib. Ali orqan 7 dekabr 2023-cü ildə öz rəyini bildirdi və Yeni Kaledoniyanın institusional gələcəyini tənzimləmək və 1998-ci il Noumea razılaşması ilə yaradılmış seçki qaydalarını dəyişmək üçün konstitusiyaya yenidən baxılmasını tövsiyə etdi.

Albert Kamyus deyirdi ki, "Proseslərə öz adları ilə adlandırmamaq, dünyaya əlavə bədbəxtlik gətirməkdir". Beləliklə, aydın şəkildə deyək: Yeni Kaledoniya məsələsi müstəmləkəçiliyə məruz qalan xalqların öz müqəddəratını təyinetmə hüququna aiddir və heç bir şəkildə seçki qanunu qarşısında vətəndaşlarının bərabərliyi məsələsi ilə bağlı fransızların qərarına aid deyil. 1960-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1514 saylı qətnaməsi ilə "Müstəmləkə altında olan ölkələrə və xalqlara müstəqilliyin verilməsi haqqında Bəyannamə" qəbul edildi.

1986-cı ildən Yeni Kaledoniya dekolonizasiya ediləcək ərazilər siyahısına daxil edilib. Birləşmiş Millətlər Təşkilatının dekolonizasiya üzrə xüsusi komitəsi hər il vəziyyətə nəzarət edir və Fransa ilə bağlı tövsiyələr verir. Müstəqillik əlehyinə olanlar bir neçə dəfə Yeni Kaledoniyanın dekolonizasiya ediləcək ərazilər siyahısından, cəhd göstərsələr belə, çıxarılmasına nail ola bilməyib.

Odur ki, Birləşmiş Millətlər Təşkilatının 1945-ci il Nizamnaməsini, daha sonra isə 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsini hazırlayan ölkələrdən biri və Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa ərazilərin dekolonizasiyası ilə bağlı Nizamnamənin şərtlərinə görə üzərinə götürdüyü öhdəliklərdən necə qurtulmağa çalışa bilər?

Hamımız razılaşa bilərik ki, Yeni Kaledoniyada uzun müddət tətbiq edilən məqsədli məskunlaşma siyasətinə görə hər şey asan deyil. 1998-ci ildə Noumea razılaşmasının preambulasında ilk dəfə olaraq Kanak xalqına, yerli xalqa qarşı edilən zoraklıqlar rəsmi şəkildə etiraf edilir.

Belə olan halda, 25 il sonra, idarəedən gücün hökuməti necə təsəvvür edir ki, Yeni Kaledoniyanın gələcəyini Kanakların azlığı ilə nəticələnəcək, səs vermə hüququna malik şəxslərin sayının artırılması yolu ilə Fransa qanunlarına əsasən həll edəcək?

Əgər rəy ehtiyac varsa, bu, şübhəsiz ki, Fransanın məhkəməsi deyil, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə yaradılmış yeganə müvafiq beynəlxalq orqan: qərargahı Haaqada olan Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) olmalıdır.

BƏM müvafiq tərəflər arasında ziddiyyətli debatdan sonra hüquqi rəy vermək səlahiyyətinə malikdir. Bu, Mavrikiy və Birləşmiş Krallıq arasındakı Şaqos adaları, İsrail tərəfindən tikilən divar və ya keçmiş Fransız-İngilis kondominiumu olan Vanuatu tərəfindən təqdim edilən iqlim dəyişikliyi ilə bağlı məsələlərdə özünü göstərib.

Xanım və cənab Parlamentarilər, siz Yeni Kaledoniya ilə bağlı Konstitusiyaya hər hansı dəyişikliyə səs verməkdən imtina etməklə və Fransa hökumətinə "idarəedici güc" kimi məsələni BMT-nin Baş Assambleyası vasitəsilə BƏM-ə müraciət etməsini təmin etsəniz mandatınıza hörmət edərsiz. BƏM hər bir maraqlı olan tərəfə öz arqumentlərini təqdim etməyə icazə veriləcəkdir. "Qanunla sülhün qurulması" BƏM-in yerləşdiyi Sülh Sarayının devizidir.