Ermənistan Azərbaycanın rəyini nəzərə almadan Aİ-nin müşahidə missiyasını dəvət edir - Kreml

Ermənistan Azərbaycanın rəyini nəzərə almadan Aİ-nin müşahidə missiyasını dəvət edir - Kreml

Bakı. TurkicWorld:

Ermənistan Azərbaycanın rəyini nəzərə almadan birtərəfli qaydada Avropa İttifaqının müşahidə missiyasını dəvət edir.

TurkicWorld rus KİV-lərinə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

Onun sözlərinə görə, bu, Ermənistanın effektivliyinə şübhə yarada bilər.

"Məsələ müşahidənin predmetinin nədən ibarət olması və bu missiyanın Azərbaycan tərəfindən tanınıb-tanınmamasıdır. Mən şübhə edirəm ki, orada belə bir mandat anlayışla qarşılanacaq. Bu, İrəvanın birtərəfli qərarıdır. Belə bir missiyanın potensial effektivliyini şübhə altına almağa dəyər”, - Kremlin sözçüsü vurğulayıb.