Kremlin Navalnının ölüm səbəbləri barədə məlumatı yoxdur - Peskov

Kremlin Navalnının ölüm səbəbləri barədə məlumatı yoxdur - Peskov

Bakı. TurkicWorld:

Kremlin Aleksey Navalnının ölüm səbəbləri barədə məlumatı yoxdur.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

"Aleksey Navalnının ölümü ilə əlaqədar yoxlanışla Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidməti məşğul olur, baş verən hadisənin səbəbini tibb işçiləri araşdırır. Prezident Vladimir Putinə baş verən hadisə ilə bağlı məlumat verilib", - deyə o əlavə edib.

Qeyd edək ki, fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində məhkum Aleksey Navalnı gəzintidən sonra özünü pis hiss edərək, demək olar ki, dərhal huşunu itirib. Müəssisənin tibb işçiləri dərhal hadisə yerinə gəlib, təcili tibbi yardım briqadası çağrılıb. Zəruri bütün reanimasiya tədbirləri görülüb, lakin heç bir müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun öldüyünü təsdiqləyib.