Putin Türkiyəyə rəsmi səfər edəcək

Putin Türkiyəyə rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Rusiya prezidenti Vladimir Putin martın 17-də Rusiyada keçiriləcək seçkilərdən əvvəl Türkiyəyə rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov məlumat verib.

"Martda Rusiyada keçiriləcək prezident seçkiləri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gərgin iş qrafiki nəzərə alınaraq fevralın 12-də baş tutacaq səfər təxirə salınıb. Martın ortalarında keçiriləcək prezident seçkilərindən əvvəl Vladimir Putinin Türkiyəyə səfəri gündəmdədir",- deyə Peskov bildirib.