Bakı. TurkicWorld:
Macarıstanın yeni prezidenti vəzifəsini tərk edən Katalin Novakın yerinə mart ayında seçiləcək.
TurkicWorld-un məlumatına görə, bu barədə hakim "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının parlament fraksiyasının lideri Mate Koçiş bildirib.
Mate Koçiş deyib ki, əgər o fevralın 11-də parlamentə istefa ərizəsi göndərsə, deputatlar 15 gün ərzində buna baxmalı olacaqlar.
"Onlar fevralın 26-da başlayacaq yaz sessiyasının ilk günündə [istefa ilə bağlı] qərar qəbul edə biləcəklər”, - deyə o qeyd edib.