Belçika UNRWA-ya maliyyə dəstəyini davam etdirəcək

Belçika UNRWA-ya maliyyə dəstəyini davam etdirəcək

Bakı. TurkicWorld:

Belçika Baş nazirinin müavini Petra De Sutter ölkəsinin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə dəstəyini davam etdirəcəyini açıqlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Belçika XİN rəsmisi sosial media hesabında paylaşım edib.

"UNRWA Qəzzaya təcili və həyati əhəmiyyət kəsb edən humanitar yardımların təmin edilməsində əvəzsiz rol oynayır. UNRWA-dan tam şəffaflığın təmin edilməsi istəniləcək",- deyə o paylaşımda bildirib.

Belçikanın Xarici İşlər Naziri Hadja Lahbib isə sosial mediadakı paylaşımında qeyd edib ki, UNRWA ilə bağlı son açıqlamalar ciddi və narahatedicidir. İstintaq prosedura uyğun aparılmalı və bütün məsələlər aydınlaşdırılmalıdır. Belçika əziyyət çəkənlərə dəstəyini davam etdirəcək. Fələstin mülki vətəndaşları və humanitar yardımın onlara çatmasını təmin edin.

Qeyd edək ki, İsrail UNRWA-nın beş əməkdaşının HƏMAS-ın 7 oktyabr Əl-Əqsa daşqın əməliyyatında iştirak etdiyini iddia edərək, ABŞ, Kanada, Avstraliya, İngiltərə, Fransa, İtaliya və Almaniya kimi ölkələri agentliyin maliyyələşdirilməsini dayandırmağa məcbur edib.

Aytac Süleymanova

Twitter: a_alieva_