Moskvanın hava limanları normal rejimdə fəaliyyət göstərir

Moskvanın hava limanları normal rejimdə fəaliyyət göstərir

Bakı. TurkicWorld:

Moskvanın hava limanları normal rejimdə fəaliyyət göstərir.

TurkicWorld-un məlumatına görə, bu barədə hava limanlarının mətbuat xidmətləri bildirib.

Məlumata əsasən, Moskvanın "Şeremetyevo", "Domodedovo" və "Vnukovo" hava limanlarında tətbiq olunan məhdudiyyətlərdən sonra normal iş rejimi bərpa olunub.

Qeyd olunub ki, məhdudiyyətlər "Jukovski" hava limanının cədvəlinə təsir etməyib.

Qeyd edək ki, hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınmışdı.