Rusiyanın Smolensk şəhərində Polşanın Konsulluq Agentliyi fəaliyyətini dayandırıb

Rusiyanın Smolensk şəhərində Polşanın Konsulluq Agentliyi fəaliyyətini dayandırıb

Bakı. TurkicWorld:

Polşa hökuməti Rusiya hökumətinin qərarından sonra Smolensk şəhərində ölkənin Konsulluq Agentliyi fəaliyyətini dayandırıb.

TurkicWorld xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Qeyd edək ki, Polşa missiyası Smolensk şəhərində 10 aprel 2012-ci ildən fəaliyyət göstərib. Konsulluq Agentliyi, o cümlədən, Katındakı hərbi məzarlığa və 10 aprel 2010-cu ildə Tu-154 təyyarəsinin qəzaya uğradığı yerə nəzarət edirdi.

İdarədən bildiriblər ki, Rusiya hökumətinin qərarına qətiyyətlə qarşı çıxırlar.