Bakı. TurkicWorld:
Milli Məclis və "Baku Network" ekspert platformasının əməkdaşlığı çərçivəsində azərbaycanlı deputatlar Tural Gəncəliyev və Sevil Mikayılova telekörpü vasitəsilə tanınmış niderlandlı publisist, "Decolonizing The Mind – a guide to decolonial theory and practice" kitabının müəllifi Sendyu Hira ilə müzakirələr aparıblar.
TurkicWorld xəbər verir ki, müzakirə iştirakçıları neokolonializm və islamofobiya ilə mübarizə tədbirlərinə toxunub, eləcə də, qlobal səviyyədə bu proseslərdə Azərbaycanın rolunu qeyd ediblər.
Belə ki, son zamanlarda Azərbaycanın dünyada islamofobiya və neokolonial tendensiyalarla mübarizədə böyük rol oynayan mühüm dövlətlərdən biri olduğu vurğulanıb.
"Adətən, insanlar müstəmləkəçilikdən danışanda onun siyasi və iqtisadi aspektlərini düşünür. Dekolonizasiya isə keçmiş müstəmləkəçilərdən siyasi müstəqillikdir. İnsanlar, adətən, məhz belə düşünürlər. Lakin müstəmləkəçilərə gəlincə, son zamanlarda Qlobal Cənub ekspertləri müstəmləkəçiliyin digər tərəfindən, daha dəqiq desək, intellektual və mədəni tərəfindən xəbər verirlər.
Artıq tərəfimdən hazırlanmış idrakın dekolonizasiyasının nəzəri əsasları çərçivəsində iddia edirəm ki, dünya tarixinə sivilizasiya nöqteyi-nəzərindən baxmalıyıq. Beləliklə, son arqumentim ondan ibarətdir ki, intellektual təfəkkürün Avropasentrizm çərçivəsindən kənara çıxan yeni şəbəkəsini qurmalıyıq. Bu isə asan məsələ deyil, çünki biz fərqli düşüncələrə malikik. Lakin düşüncələrdəki fərq yaradıcılıq üçün qidalı mühitdir. Bilirsiniz, əgər hamı eyni düşünsə, yaradıcılıq olmaz", - deyə Sendyu Hira bildirib.