Özbəkistan XİN Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir

Özbəkistan XİN Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir

Bakı. TurkicWorld:

Özbəkistan xarici işlər nazirliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edir.

TurkicWorld çərşənbə günü xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri Bəxtiyor Səidov özünün Tvitter səhifəsində yazıb.

"Bu gün Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbirdə iştirak etdik. 2022-ci ildə Daşkənddə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adına küçənin və xatirə barelyefinin açılışı olub. Biz Özbəkistan-Azərbaycan əməkdaşlığının hazırkı vəziyyətini yüksək qiymətləndiririk və onun bütün istiqamətlərdə daha da zənginləşdirilməsinin tərəfdarıyıq", - paylaşımda deyilir.