Özbəkistanın XİN rəhbəri Türkiyədə Peter Szijyarto ilə görüşüb

Özbəkistanın XİN rəhbəri Türkiyədə Peter Szijyarto ilə görüşüb

Bakı. TurkicWorld:

Özbəkistanın Xarici İşlər naziri Bəxtiyor Saidov Türkiyədə keçirilən 3-cü Antalya Diplomatik Formu çərçivəsində Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Szijyarto ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmi telegram səhifəsində bildirilib.

“İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümünü qeyd edərkən biz Macarıstanın Xarici İşlər və Ticarət naziri cənab Péter Szijyarto ilə Özbəkistan və Macarıstan əlaqələrinin bütün sahələrini müzakirə etdik,” - deyə məlumatda qeyd edilib.

Nazir, iki ölkə arasında hərtərəfli əməkdaşlıqda güclü irəliləyiş olduğunu və yaxın gələcəkdə xüsusilə iqtisadi sahədə daha da böyük uğurlara imza atacaqlarını bildirib.

Məlumat üçün bildirək ki, 1992-ci il martın 3-də Budapeştdə Özbəkistan və Macarıstan arasında diplomatik əlaqələrin qurulması haqqında protokol imzalanıb.

Xatırladaq ki, 1-3 mart tarixlərində keçirilən Antalya Diplomatik Formunda 60-dan çox dövlətin xarici əlaqələr idarələrinin rəhbərləri, 80 beynəlxalq və regional təşkilatın nümayəndələri iştirak edib.