Şavkat Mirziyoyev Qazaxıstanda Ali Dövlətlərarası Şuranın ilk iclasında iştirak edəcək

Şavkat Mirziyoyev Qazaxıstanda Ali Dövlətlərarası Şuranın ilk iclasında iştirak edəcək

Bakı. TurkicWorld:

Bu il avqustun 8-də Astanada Özbəkistan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının ilk iclasının keçirilməsi planlaşdırılır.

TurkicWorld-un məlumatına görə, görüş Özbəkistan prezidenti Şavkat Mirziyoyevin dövlət səfəri çərçivəsində baş tutacaq.

İclas XİN rəhbərləri tərəfindən idarə olunacaq.

Bununla yanaşı, lazım gələrsə, hər iki ölkənin parlament rəhbərləri və təhlükəsizlik şuralarının nümayəndələri də iştirak edə biləcəklər.