Azərbaycanın Sosial Araşdırmalar Mərkəzi Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı sorğu keçirib

Azərbaycanın Sosial Araşdırmalar Mərkəzi Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı sorğu keçirib

Bakı, TurkicWorld:

Azərbaycanın Sosial Araşdırmalar Mərkəzi Türkiyədə mayın 14-də keçirilcək prezident və parlament seçkiləri ilə bağlı sorğu keçirib.

TurkicWorld xəbər verir ki, sorğunun nəticələrinə görə, Azərbaycan xalqının 90,4 faizi Cumhur İttifaqının namizədi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir.

Məlumat üçün bildirək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Türkiyədə millətvəkili namizədlərinin siyahısı aprelin 9-da Ali Seçki Şurasına (YSK) təqdim edilib.