Hədəfimiz milli gəlirimizi 2 trilyon dollara çatdırmaqdır - Ərdoğan

Hədəfimiz milli gəlirimizi 2 trilyon dollara çatdırmaqdır - Ərdoğan

Bakı. TurkicWorld:

Hədəfimiz Türkiyənin milli gəlirini 2 trilyon dollara çatdırmaqdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ankara İdman Salonunda keçirilən Ədalət və İnkişaf (AK Parti) Partiyasının Seçki Bəyannaməsi və Millət vəkili Namizədlərinin Təşviqi Toplantısındakı çıxışı zamanı deyib.

"Bu dövrdə 5,5 illik artım tempi ilə milli gəlirimizi 1,5 trilyon dollara, daha sonra isə 2 trilyon dollara yüksəldəcəyik",- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, Türkiyənin milli gəliri 2023-cü ildə ilk dəfə 1 trilyon dolları keçərək 1,029 trilyon dollara yüksəlib. Adambaşına düşən gəlir 11931 dollar səviyyəsindədir. 2024-cü ildə bu rəqəmin 1,087 trilyon dollara, adambaşına düşən gəlirin isə 12 min 460 dollara yüksələcəyi gözlənilir.