Türkiyədə 10-dan çox ekipaj üzvünün olduğu ticarət gəmisi batıb

Türkiyədə 10-dan çox ekipaj üzvünün olduğu ticarət gəmisi batıb

Bakı, TurkicWorld:

Türkiyənin Antalya şəhəri sahilində, Kumluca ərazisində Suriya vətəndaşı 14 ekipaj üzvünün olduğu ticarət gəmisi batıb.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib.

Axtarış-xilasetmə işləri nəticəsində sahil mühafizə helikopteri və digər ticarət gəmiləri vasitəsilə beş nəfər xilas edilib, doqquz nəfər isə hələ də axtarılır.

Məlumata əsasən, xilas edilən şəxslər xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Türkiyənin Kumluca Prokurorluğu tərəfindən araşdırma başladılıb.