Pakistan Türkiyənin zəlzələ bölgələrinə 50 min qış çadırı göndərəcək

Pakistan Türkiyənin zəlzələ bölgələrinə 50 min qış çadırı göndərəcək

Bakı, TurkicWorld:

Pakistan Türkiyənin zəlzələ bölgələrinə 50 min qış çadırı göndərəcək.

TurkicWorld-un məlumatına görə, bu sözləri Pakistanın Baş naziri Şahbaz Şərif öz açıqlaması zamanı bildirib.

"23 mart tarixinə qədər Türkiyəyə 50 min çadır göndəriləcək. Çadırlarla yanaşı, Türkiyəyə 38 min ədyal, 10 min ərzaq bağlaması da göndəriləcək",- deyə nazir qeyd edib.

Məlumat üçün bildirək ki, Pakistan hökuməti indiyədək Türkiyəyə hava, quru və dəniz yolu ilə 17 mindən çox qış çadırı və 60 min ədyal göndərib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 48 min nəfərə çatıb.