Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3432-yə çatıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3432-yə çatıb

Bakı. TurkicWorld:

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3432 nəfərə yüksəlib.

TurkicWorld bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir.

Hazırkı məlumata görə, yaralıların sayı 20534 nəfərdir. 8 mindən çox şəxs dağıntılar altından xilas edilib.

Xatırladaq ki, dünən Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.