Ərdoğan HƏMAS Siyasi Bürosunun sədrini qəbul edib

Ərdoğan HƏMAS Siyasi Bürosunun sədrini qəbul edib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qəbul edib.

TurkicWorld xəbər verir ki, görüş İstanbulda Dolmabahçe Ofisində baş tutub.

Məlumata əsasən, görüşdə İsrailin Fələstin torpaqlarına, xüsusilə də Qəzza zolağına hücumları, Fələstin anklavına humanitar yardımın adekvat və fasiləsiz çatdırılmasını təmin etmək üçün atılan addımlar, eləcə də bölgədə ədalətli və davamlı sülh prosesi ilə bağlı məsələlər müzakirə edilib.

Görüş zamanı R.T.Ərdoğan Türkiyənin beynəlxalq diqqəti fələstinlilərə edilən zülmə cəlb etmək üçün diplomatik səylərini davam etdirdiyini bildirib.

O qeyd edib ki, regional sülhün açarı olan müstəqil Fələstin dövlətinin yaradılması və bölgədə daimi sülhün bərqərar olması üçün hər cür səy göstərilir.

Məlumat üçün bildirək ki, Ərdoğan bundan öncəki açıqlamalarında HƏMAS-ı azadlıq uğrunda mübarizə aparan qrup adlandırmışdı.

Hafiz Rufizoğlu