Qəzza böhranında əvvəldən Misirlə birlikdə hərəkət etdik - Hakan Fidan

Qəzza böhranında əvvəldən Misirlə birlikdə hərəkət etdik - Hakan Fidan

Bakı,TurkicWorld

Qəzza böhranında əvvəldən Misirlə birlikdə hərəkət etdik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan Misir xarici işlər naziri Sameh Şükri ilə birgə mətbuat konfransında açıqlamasında deyib.

"Qəzzada edilməsi lazım olan məsələləri bir daha müzakirə etdik. Biz Misirlə birlikdə Rafah sərhəd qapısına yardım çatdırmaq üçün gecə-gündüz çalışırıq", - deyə o bildirib.

Hakan Fidan onu da qeyd edib ki, Misirlə Türkiyə arasındakı əməkdaşlıq xalqımıza və bölgəmizə böyük fayda verir.

"Xüsusilə, ticarət və iqtisadiyyat əməkdaşlığımızın ən güclü ölçülərindən birini təşkil edir”,-deyə türkiyəli nazir vurğulayıb.