Məhşur kosmonavt Türkiyədə dünyasını dəyişib

Məhşur kosmonavt Türkiyədə dünyasını dəyişib

Bakı,TurkicWorld

Suriyanın birinci, ərəb dünyasının isə ikinci kosmonavtı Məhəmməd Faris Qaziantepdə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

TurkicWorld xəbər verir ki,bu barədə Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının (SMDK) sədri Hadi əl-Bəhra X sosial media hesabında verdiyi açıqlama verib.

“Məhəmməd Faris Kosmosa gedən ilk suriyalı və ikinci ərəb olaraq yerli və beynəlxalq səviyyədə parlaq bir addır”,- deyə Bəhra vurğulayıb .

Farisin yaxınları bildiriblər ki, mərhum Ramazan ayının sonunda infarkt keçirib.

Qeyd edək ki, ilk suriyalı kosmonavt Faris 1987-ci ildə kosmosa getdikdən və təxminən 10 il Suriyada universitetlərdə dərs dedikdən sonra ölkəsində qəhrəman kimi qarşılanıb. Faris 2011-ci ildə Suriyada Əsəd rejiminə qarşı başlayan xalq üsyanı və vətəndaş müharibəsindən sonra Türkiyəyə sığınıb.