Robot texnikası üzrə dünya çempionatında 17 türk komandası mübarizə aparır

Robot texnikası üzrə dünya çempionatında 17 türk komandası mübarizə aparır

Bakı.TurkicWorld:

Türkiyə dünyanın ən nüfuzlu robot texnikası yarışmalarından biri olan “FIRST Robotics Competition” çempionatına 17 komanda ilə qatılıb.

TurkicWorld xəbər verir ki, Türkiyə yarışa ev sahibliyi edən ABŞ və Kanadadan sonra 400 nəfərlə çempionatda ən çox tərkibdə iştirak edən ölkədir.

Əvvəlki illərdə 4-5 komanda ilə yarışan Türkiyə, dünyanın ən prestijli robot texnikası yarışlarından biri olan bu çempionata bu il İstanbul və Ankaradan başqa digər əyalətlərdən də olan komandalarla qoşulub.

Qeyd edək ki, 17-21 aprel tarixlərində Hyustondakı Konqres Mərkəzində keçirilən çempionatda dünyanın onlarla ölkəsindən təxminən 600 robot komandası istehsal etdikləri robotlarla bacarıqlarını nümayiş etdirir.