Türkiyədə keçirilən əməliyyatda 30-dan çox şəxs saxlanılıb

Türkiyədə keçirilən əməliyyatda 30-dan çox şəxs saxlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin Batman mərkəzli səkkiz vilayətində həyata keçirilən "Mahzen-30" əməliyyatlarında 34 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu haqda Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.

Məlumatda bildirilib ki, əməliyyatlar zamanı “Odacılar” kimi tanınan mütəşəkkil cinayətkar qruplaşmanın fərari lideri də saxlanılıb.