Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edəcək

Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edəcək

Bakı,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ABŞ-a etdiyi səfərdə bildirib.

O bildirib ki Prezident Ərdoğan aprelin 22-də İraqa səfər edəcək.

“Türkiyə prezidentinin İraqa səfəri keçici bir səfər olmayacaq.İraq ərazisinin Türkiyəyə qarşı hücum meydanına çevrilməsinə imkan verməyəcəyik. İlk dəfə iki ölkə arasında problemləri təxirə salmaq əvəzinə həll etmək iradəsi var”,- deyə Sudani bildirib.