İsrail-İran gərginliyi ilə bağlı məntiqli izahat yoxdur – Ərdoğan

İsrail-İran gərginliyi ilə bağlı məntiqli izahat yoxdur – Ərdoğan

Bakı,TurkicWorld

İsrail-İran gərginliyi ilə bağlı məntiqli izahat yoxdur

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İsrail fərqli şeylər deyir, İran eyni şəkildə fərqli fikirlər ortaya qoyur”,- deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, səhər saatlarında İsrail İran ərazisinə raket zərbələri endirib.

Aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.