Türkiyəndən Qəzzaya göndərilən yardım maşınlarının sayı 500-ü keçib

Türkiyəndən Qəzzaya göndərilən yardım maşınlarının sayı 500-ü keçib

Bakı. TurkicWorld:

Türkiyədən Qəzzaya humanitar yardım aparan "Doqquzuncu Xeyirxahlıq Gəmisi" Qəzzaya çatdırılmaq üçün Misirin Əl-Ariş limanına çatıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şen məlumat verib.

Məlumatda bildirilib ki, gəmi ilə 3 min 774 ton humanitar yardım materialları göndərilib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.