Türkiyə XİN Livandakı vətəndaşlarına xəbərdarlıq edib

Türkiyə XİN Livandakı vətəndaşlarına xəbərdarlıq edib

Bakı. TurkicWorld:

Türkiyə Xarici İşlər Nazirliyi Livanda yaşayan vətəndaşlarına xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, nazirlik bölgədə baş verən hadisələrin Livana əks olunması çərçivəsində ölkənin bəzi əyalətləri üçün səyahət xəbərdarlığı edib.

XİN, Livandakı Türkiyə vətəndaşlarına ehtiyatlı olmalarını, lazım olmadıqca Nəbatiye, Cənubi Livan, Bekaa və Baalbek-Hermel əyalətlərinə getməmələrini tövsiyə edib.

Açıqlamada hadisələrin nazirliyin və Türkiyənin Beyrut səfirliyinin rəsmi internet saytları və sosial media hesablarından izlənilməsinin faydalı olacağı qeyd edilib.

Hafiz Rufizoğlu