Ərdoğanla fəxr edirik - HƏMAS

Ərdoğanla fəxr edirik - HƏMAS

Bakı. TurkicWorld:

Rəcəb Tayyib Ərdoğanla fəxr edirik.

TurkicWorld xəbər verir ki, bu barədə HƏMAS Hərəkatı açıqlama verib.

Hərəkat Rəcəb Tayyib Ərdoğanın Fələstin xalqını, azadlığını və torpağını xilas etmək üçün apardığı mübarizəni müdafiə etməsini, tutduğu mövqeni və bu mövzuda verdiyi açıqlamaları təqdir edib.

“Prezident Ərdoğanın cəsarətli bəyanatları və şərəfli mövqeləri qardaş türk xalqının tarixi və bənzərsiz mövqeyini təcəssüm etdirir. Xalqımız bu bəyanatları Qəzza zolağındakı xalqımıza qarşı mövqeyində və xalqımızın torpaqlarını azad etmək, ora qayıtmaq və paytaxtı Qüds olan müstəqil dövlət qurmaq hüququnu dəstəkləmək üçün apardığı mübarizədə cəsarətli bir səs kimi əzbərləyəcək”. – deyə açıqlamada bildirilib.

Hafiz Rufizoğlu