HƏMAS rəhbəri Türkiyəyə səfər edəcək

HƏMAS rəhbəri Türkiyəyə səfər edəcək

Bakı. TurkicWorld:

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bu həftə sonu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə gedəcək.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, planlaşdırılan görüş Haniyənin Qəzzanın şimalında avtomobillərini hədəf alan İsrail hava hücumu nəticəsində yeddi ailə üzvünü - üç uşağı və dörd nəvəsini itirdikdən həftələr sonraya təsadüf edir.

Xatırladaq ki, İsrail ordusu Qurban bayramı üçün Qəzzanın şimalındakı Şati qaçqın düşərgəsinə ziyarət edən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ailəsini hədəf alıb. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin üç oğlu İsrailin atəşi nəticəsində Qəzza zolağının şimalında yerləşən qaçqın düşərgəsində həlak olub.

X: Lamanasadli01