Hakan Fidan BMT-nin baş katibi ilə Qəzzadakı son vəziyyəti müzakirə edib

Hakan Fidan BMT-nin baş katibi ilə Qəzzadakı son vəziyyəti müzakirə edib

Bakı,TurkicWorld

Türkiyə Xarici İşlər Naziri Hakan Fidanla BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub

TurkicWorld xəbər verir ki,telefon danışığı zamanı Qəzza və bölgədəki inkişaflar müzakirə edilib.

Bundan əlavə, Kipr məsələsi və Qara dənizdə naviqasiya təhlükəsizliyi qiymətləndirilib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.