Hakan Fidan HƏMAS Siyasi Bürosunun rəhbəri ilə telefon danışığı aparıb

Hakan Fidan HƏMAS Siyasi Bürosunun rəhbəri ilə telefon danışığı aparıb

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefonla danışıb.

TurkicWorld xəbər verir ki, Hakan Fidan İsrailin hücumları nəticəsində Haniyənin ölən 3 oğlu və 3 nəvəsi üçün başsağlığı verib.

İsrail, Əl-Şati Qaçqın Düşərgəsinin sakinləri və yaxınları ilə Fitr bayramını qeyd etməyə gedən Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ailə üzvlərinin çoxunun olduğu avtomobili hədəfə alıb.

Hücum zamanı Haniyənin ailəsindən maşında olan hər kəsin yaralandığı və ya həyatını itirdiyi bildirilib.

Hafiz Rufizoğlu