İstanbulda polisləri daşıyan mikroavtobus aşıb

İstanbulda polisləri daşıyan mikroavtobus aşıb

Bakı. TurkicWorld:

İstanbul Hava Limanında polis əməkdaşlarını daşıyan mikroavtobus yağış səbəbindən sürüşkən olan yoldakı baryerlərə çırpılaraq aşıb.

TurkicWorld xəbər verir ki, hadisə zamanı altı polis əməkdaşı yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım, xilasetmə və çoxlu sayda polis qrupu cəlb edilib.

Məlumat üçün qeyd edək ki, yaralananlar xəstəxanalara göndərilib.

Hafiz Rufizoğlu