Türkiyə-Pakistan arasında əlaqələrin gücləndirilməsini planlayırıq - Ərdoğan

Türkiyə-Pakistan arasında əlaqələrin gücləndirilməsini planlayırıq - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə-Pakistan arasında əlaqələrin gücləndirilməsini planlayırıq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Pakistan prezidenti Asif Əli Zərdari ilə telefon danışığı aparıb.

Ərdoğan önümüzdəki dövrdə keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası ilə nümunəvi ikitərəfli əlaqələrin daha da güclənəcəyini bildirib.

Görüşdə Türkiyə prezidenti Pakistanda törədilən terror aktlarında həyatını itirənlərə Allahdan rəhmət diləyib.

Hafiz Rufizoğlu