İstanbulda silahlı hücum baş verib

İstanbulda silahlı hücum baş verib

Bakı. TurkicWorld:

İstanbulda baş verən silahlı hücumda bir nəfər həyatını itirib.

TurkicWorld xəbər verir ki, İstanbulda avtomobilindən düşmək istəyən şəxs naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.

Tibb qrupları şəxsin öldüyünü müəyyən ediblər.

Polis tərəfindən küçənin giriş və çıxışları bağlanıb.