Türkiyədə 200-dən çox narkotik ticarətçisi saxlanılıb

Türkiyədə 200-dən çox narkotik ticarətçisi saxlanılıb

Bakı, TurkicWorld:

Türkiyənin 55 vilayətində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə keçirilən Narkoçelik əməliyyatı çərçivəsində 250 narkotik ticarətçisi saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, əməliyyat nəticəsində 1 ton 19 kq narkotik vasitə və 1 milyon 23 min narkotik həb ələ keçirilib.

Bundan əlavə, əməliyyatlarda 615 briqada, 1 542 şəxsi heyət və 35 narkotik axtarış iti iştirak edib.

X: Lamanasadli01