Fatih gəmisi Qara dənizdə yeni qazma işlərinə başlayıb

Fatih gəmisi Qara dənizdə yeni qazma işlərinə başlayıb

Bakı. TurkicWorld:

Türkiyənin Fatih qazma gəmisi Göktepe-1 quyusunda qazıntı işlərinə başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.

Məlumat üçün bildirək ki, Türkiyə 2016-cı ildən bəri dünyanın ən qabaqcıl seysmik və dərin dəniz qazma gəmilərindən ibarət donanması və öz mühəndisləri ilə təbii qaz axtarışındadır.

2020-ci ildə Sakarya Qaz Sahəsində Cümhuriyyət tarixində ən böyük kəşf edilib.

Bu gün Sakaryada gündəlik 3,7 milyon kubmetr qaz hasil edilir. Sakaryada qaz hasilatının sutkada 40 milyon kubmetrə çatdırılması planlaşdırılır. 1,4 milyon ev təsərrüfatına kifayət edən təbii qaz hasilatının 15 milyon ailəyə çatdırılması hədəflənir.

X: Lamanasadli01