Ankarada axtarışda olan 1000-dən çox şəxs saxlanılıb

Ankarada axtarışda olan 1000-dən çox şəxs saxlanılıb

Bakı, TurkicWorld:

Ankarada əməliyyatlar zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 1130 nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu haqda Ankara Valiliyi məlumat verib.

Məlumatda bildirilib ki, axtarışda olan şübhəlilərin tutulması üçün 22-28 mart tarixləri arasında polis tərəfindən araşdırma aparılıb.

Bu çərçivədə altı nəfərə 20 il, 14 nəfərə 10 il, 41 nəfərə 5-10 il, 328 nəfərə isə beş ilə qədər həbs cəzası verilib.