Türkiyədə güclü yanğın baş verib

Türkiyədə güclü yanğın baş verib

Bakı. TurkicWorld:

İstanbul şəhərində yerləşən xalça anbarında Bağçılar, İkitelli və Qaziosmanpaşa rayonlarından görünən güclü yanğın baş verib.

TurkicWorld xəbər verir ki, səhər saatlarında başlayan və böyüyən yanğının baş vermə səbəbi bilinmir.

Hadisə yerinə polis, yanğınsöndürmə briqadası və tibb qrupları göndərilib.

Yanğın baş verən ərazidə yanğınsöndürmə işləri davam edir.