İstanbulda İnterpol tərəfindən axtarılan iki nəfər saxlanılıb

İstanbulda İnterpol tərəfindən axtarılan iki nəfər saxlanılıb

Bakı. TurkicWorld:

İnterpolun qırmızı bülleteni ilə axtarışda olan iki nəfər İstanbulda saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.

“Qeyri-qanuni təşkilati fəaliyyət və qaçaqmalçılıq maddəsi ilə İnterpolun qırmızı bülleteni ilə beynəlxalq səviyyədə axtarışa verilən Talqat Baisaov və dələduzluq maddəsi ilə beynəlxalq axtarışa verilən Maxat Raxishov İstanbulda keçirilən MAHZEN-23 əməliyyatı zamanı saxlanılıb", - deyə məlumatda qeyd edilib.

X: Lamanasadli01