Türkiyə ABŞ-ın ən böyük artilleriya mərmisi ixracatçısına çevrilib (ÖZƏL)

Türkiyə ABŞ-ın ən böyük artilleriya mərmisi ixracatçısına çevrilib (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə ABŞ-ın ən böyük artilleriya mərmisi ixracatçısına çevrilib.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

"ABŞ Türkiyədən 155 mm çaplı artilleriya mərmiləri tədarük edir. ABŞ-ın Türkiyəyə üstünlük verməsinin əsas səbəbi Türkiyənin istehsal etdiyi bütün güllə və raketlərin NATO standartlarına uyğun olmasıdır", - deyə məlumatda bildirilib.

Məlumata əsasən, bir türk müdafiə sənayesi şirkətinin 2025-ci ilə qədər ABŞ-ın sursat ehtiyatlarının 30 faizini istehsal edəcəyi gözlənilir.

Bundan əlavə, ABŞ ordusu bu yaxınlarda başqa bir türk şirkətindən 116 min artilleriya mərmisi alıb.

Səlahiyyətlilər yaxın günlərdə başqa alışların da ediləcəyini gözləyirlər. Bundan əlavə, ABŞ Türkiyədən güllə istehsalında istifadə edilən partlayıcı trinitrotoluol (TNT) və güllə üçün yanacaq kimi istifadə edilən nitroquanidin də tədarük edir.

"Digər tərəfdən, ABŞ artilleriya mərmilərinin tədarükünü artırmaq üçün Texas ştatında üç istehsal xətti quracaq. ABŞ tikiləcək obyektlər üçün bəzi türk şirkətləri ilə də müqavilə imzalayıb. Türkiyə şirkətləri bu fabriklərdə ABŞ şirkətləri ilə birlikdə istehsal edəcəklər", - deyə məlumatda qeyd edilib.

X: Lamanasadli01