Türkiyədə 400-dən çox narkotik ticarətçisi saxlanılıb

Türkiyədə 400-dən çox narkotik ticarətçisi saxlanılıb

Bakı, TurkicWorld:

Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə keçirilən "Narkoçelik-9" əməliyyatında 434 nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.

Məlumata əsasən, 565 komanda və 1 602 personalın iştirakı ilə keçirilən əməliyyat nəticəsində 1 ton 43 kq narkotik maddə, 387 min narkotik həbb ələ keçirilib.

X: Lamanasadli01