Türk dünyasını Türk Dövlətləri Təşkilatı altında birləşdirdik – Hakan Fidan

Türk dünyasını Türk Dövlətləri Təşkilatı altında birləşdirdik – Hakan Fidan

Bakı. TurkicWorld:

Türk dünyasını Türk Dövlətləri Təşkilatı altında birləşdirdik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Biz diplomatiyanın bütün imkanlarını səfərbər edirik. Türkiyə olaraq, Ukraynada, Qəzzada, Cənubi Qafqazda, İraqda, Liviyada və Balkanlarda sülhün bərqərar olması üçün çalışırıq” – deyə o qeyd edib.

Fidan bildirib ki, Türkiyə diplomatiyanın bütün imkanlarını səfərbər edir.

"Bütün İslam Dünyası adına fəaliyyət göstərən bir əlaqə qrupu qurduq. Türkiyə olaraq qrupda təbii ki, öz yerimizi aldıq. Bizim göstərdiyimiz beynəlxalq təzyiqlər öz nəticəsini verməkdədir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının atəşkəs və təcili humanitar yardımla bağlı yekun qərarı da bunun təzahürü idi. Bu dəfə hətta Amerika belə qərarın verilməsinə mane ola bilmədi.” – deyə Hakan Fidan vurğulayıb.

Hafiz Rufizoğlu